Mühasiblər və tələbələr arasında IV muxtar respublika müsabiqəsi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Yeni dövrün ən yaxşı mühasibi” IV muxtar respublika müsabiqəsi keçirilib.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali və orta təhsili müəssisələrinin tələbələri, bu sahəyə marağı olan digər şəxslər də daxil olmaqla, onlayn qeydiyyatdan keçmiş şəxslər iştirak edib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafında olan misilsiz xidmətlərindən və muxtariyyətin Azərbaycan dövlətçiliyində oynadığı rola verilən yüksək qiymətdən bəhs edib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd mühasiblər arasında rəqabətin artırılmasına, onların bilik və bacarıqlarının dünya standartlarına uyğun olaraq təkmilləşdirilməsinə şərait yaratmaq, əmək bazarında mühasib peşəsinə olan marağı stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə zamanı büdcə və kommersiya təşkilatlarında çalışan mühasiblər, həmçinin tələbələr üçün uyğun olan fərqli sual kitabçaları təqdim olunub. Qiymətləndirmə sualların çətinlik dərəcəsinə görə 100 bal üzərindən aparılıb.

Qaliblərin təltif olunması mərasimi Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində keçirilib, qaliblərə plaketlər təqdim olunub. Büdcə təşkilatları üzrə birinci

yeri Rasim Eynalov, ikinci yeri Rəvan Zeynalov, kommersiya təşkilatları üzrə birinci yeri Mirzaur Seyidzadə, ikinci yeri Elşən Vəliyev tutub, tələbələr arasında Gülçin Fərəcova, Nurgül Hüseynzadə və Rəvan Qafarlı ilk üç yerdə qərarlaşıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: