Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 404 milyon manata yaxın olub

A- A A+

Naxçıvanda cari ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 61 milyon 459 min 800 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu dövrdə muxtar respublikada pərakəndə ticarət dövriyyəsi isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox, 403 milyon 819 min 700 manat təşkil edib.

Həmçinin bu ilin yanvar-mart aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 766,7 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: