“Rusiya - İslam dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumu öz işinə başlayır

A- A A+

Tatarıstan Respublikasının paytaxtında “Rusiya - İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumuna start verilir.

NUHÇIXAN xəbər verir ki, mayın 14-dən 19-dək keçiriləcək forumun əsas məqsədi Rusiya regionları ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin iqtisadi-ticari, elmi-texniki, sosial və mədəni əlaqələrinin möhkəmləndirilməsindən ibarətdir. Tədbirin proqramı Rusiya bölgələrindən, İƏT ölkələrindən və digər dövlətlərdən mütəxəssislərin iştirakı ilə 125 tematik sessiyadan ibarətdir.

Mayın 14-də XV Beynəlxalq İqtisadi Forum çərçivəsində “Kazan” aqrosənaye parkında “Kazan Halal Market” beynəlxalq halal məhsullar sərgisinin açılışı olacaq.

Mayın 16-da forum çərçivəsində islam maliyyələşdirməsi sahəsində ekspertlərin görüşü keçiriləcək. Elə həmin gün “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzində (BSM) “50 il irəliyə: Halal məhsul sənayesi üçün kadr hazırlığı sisteminin yaradılması” adlı sessiya, habelə “Halal standartları üzrə Muslim-Friendly-Service” sessiyası keçiriləcək.

Proqramda İƏT ölkələrinin Gənc sahibkarlar və Gənc diplomatlar forumları, gənc aşpazların turniri və digər tədbirlər yer alıb.

Mayın 17-də keçiriləcək plenar iclasda ekspertlər Rusiya və İƏT ölkələrinin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edəcək və Forumun nəticələrinə yekun vuracaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: