Cari ilin yanvar-aprel aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 424 milyon 762 min 800 manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu, 2023-ci ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur.
Bəhs olunan dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2 faiz artaraq 905,9 manat olub. Həmçinin bu ilin yanvar-aprel aylarında muxtar respublikada 171 milyon 191 min 800 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 10,9 faiz üstələyib.