Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 11.5 faiz artıb

A- A A+

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2024-cü ilin yanvar - aprel aylarında Naxçıvan Muxtar Respublikasında 2.161 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 2.049-u fiziki, 112-si hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 11.5 faiz artıb.

Cari ilin birinci 4 ayında kommersiya qurumlarının 72 faizi elektron qaydada, 28 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: