Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, mayın 15-də Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov Naxçıvanda səfərdə olan Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya və Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyevin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.