XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisində “Orqanik Naxçıvan” məhsulları təqdim olunur - VİDEO
Bakı Ekspo Mərkəzində dünəndən start götürən sayca XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgilərində Azərbaycanla yanaşı, bir sıra xarici ölkə şirkətləri də yer alıb. Sərgidə “Orqanik Naxçıvan” brendi ilə təqdim olunan təbii məhsullar ilk gündən böyük marağa səbəb olub.
Sərgidə Naxçıvandan ümumilikdə 100-dən artıq çeşiddə məhsul nümayiş etdirilir. Bunlardan meyvə şirələri, mürəbbələr, turşular, meyvə quruları, süd məhsulları, Ordubad limoni və bu diyarın özünəməxsus mətbəx nümunələri, dadı dillər əzbəri olan Naxçıvan göycəsi və digər mövsümi meyvələr, Naxçıvan dağlarının şəfalı pencərləri, şərablar, ət məhsulları, dərman bitkiləri, mineral sular, enerji içkiləri, balıq və digər məhsullara sərginin ilk günündən maraq böyük olub.
NTV xəbərin Bakı bürosunun əməkdaşları sərgidən süjet hazırlayıb.
NUHÇIXAN həmin süjeti təqdim edir: