Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-aprel ayları ərzində 2987 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,Cari ilin ilk 4 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 1097-u fərdi yaşayış evi, 490-ı mənzil, 1237-i torpaq sahəsi, 50-i qeyri-yaşayış binası, 98-i qeyri-yaşayış sahəsi, 12-i əmlak kompleksi, 2-i bağ evi,1-i isə çoxmərtəbəli yaşayış binasıdır.
Qeyd olunan dövrdə 2055 texniki pasport tərtib edilib.