Ötən il dövlət büdcəsindən 110,2 milyon manat ərazilərin minalardan təmizlənməsinə yönəldilib.
NUHÇIXAN xəbər verir ki, bu, “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən cəm olaraq 5581,6 milyon manat vəsait ayrılıb.
Bu vəsaitin 4800,0 milyon manatı və ya 86,0 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və ya 2,6 faizi Azərbaycan Prezidentinin ehtiyat fondunun, 138,9 milyon manatı (“Büdcə sistemi haqqında” qanunun 19.6-cı maddəsinə uyğun olaraq 2023-cü il dövlət büdcəsinin bəzi xərclərinin icrası zamanı qənaət olunmuş vəsait hesabına dövlət büdcəsinin ehtiyat fonduna əlavə yönəldilmiş 136,5 milyon manat vəsait nəzərə alınmaqla) və ya 2,5 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı və ya 0,6 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür.
Həmin vəsaitin 5245,5 milyon manatı infrastruktur təyinatlı layihələrinin tikintisinə, yenidən qurulmasına (yol infrastrukturlarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına 3773,8 milyon manat (avtomobil yollarına 3471,8 milyon manat, dəmir yollarına 302,0 milyon manat), yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılmasına (839,5 milyon manat), yeni su elektrik stansiyalarının və enerji qovşaqlarının tikintisinə (337,4 milyon manat), meliorasiya işlərinə (245,5 milyon manat), kadastr xidmətlərinin həyata keçirilməsinə (16,6 milyon manat), ərazilərin içməli su təchizatının yaxşılaşdırılmasına (6,6 milyon manat), turizm infrastrukturunun qurulmasına (4,3 milyon manat), bərk məişət tullantıları infrastrukturunun yaradılmasına (2,9 milyon manat) və digər infrastruktur layihələrinə (18,9 milyon manat), 110,2 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 106,8 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı obyektlərinin tikintisinə və təmirinə, 59,7 milyon manatı sosial təyinatlı layihələrin (təhsil, səhiyyə, mədəniyyət, idman və bu kimi digər sosial tədbirlərə), 59,4 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.