Qazaxıstan Prezidenti Sinqapur şirkətlərini Orta Dəhlizin inkişafına sərmayə qoymağa çağırıb

A- A A+

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) Avrasiya əməkdaşlığının səviyyəsini kökündən dəyişməyə qadirdir.

NUHÇIXAN xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Qazaxıstan-Sinqapur Biznes Forumunda deyib.

“Bu, Mərkəzi və Şərqi Asiyadan Avropaya ən qısa və ən dayanıqlı marşrutdur. Biz inanırıq ki, Sinqapur şirkətləri və maliyyə institutları bu sahədə biznes və investisiya imkanlarını araşdıraraq böyük fayda əldə edə bilərlər”, - o bildirib.

Qazaxıstan Prezidentinin sözlərinə görə, uzun müddətdir ki, coğrafi məsafə və lazımi səviyyədə olmayan əlaqələr iqtisadi qarşılıqlı fəaliyyətə mane olub: “Bu gün qloballaşma və infrastrukturun inkişafı sayəsində ölkələr həmişəkindən daha çox bir-birinə bağlıdır”.

Prezident Qazaxıstanın KTZ şirkəti ilə Sinqapurun “PSA İnternational” şirkəti arasında TBNM-in genişləndirilməsinə yönəlmiş sinerji tərəfdaşlığı nümunə göstərib.

Xatırladaq ki, TBNM Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: