"Əvvəllər Naxçıvanda sığorta sahəsində əlaqələr olduqca zəif idi. Sığorta üçün müraciətlər qəbul olunmurdu".
NUHÇIXAN xəbər verir ki, bu sözləri "Naxçıvan: I Regional Sığorta Forumu"nda İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov söyləyib.
O, qeyd edib ki, Naxçıvanda yaşayan sığortaçılar 2010-cu ildən bəri dövrlə bağlı təzminat tələbi qarşıya qoya bilər:
"Bu bir çatışmazlıqdır. Ümid edirəm ki, bu əskikliyi gələcəkdə aradan qaldırmaq mümkün olacaq".