Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması çərçivəsində Naxçıvanda fəaliyyət göstərən taxıl anbarı kompleksinin məhsul tədarükü və xammal bazasının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondundan 1 milyon manat güzəştli kredit ayrılıb.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, güzəştli kredit "Naxçıvan Taxıl Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib.
Layihənin maliyyələşdirilməsi “Kapital Bank” ASC vasitəsilə həyata keçirilib.