NUHÇIXAN xəbər verir ki, bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin xətti ilə Naxçıvan Muxtar Respublikasının büdcəsinə yol vergisi üzrə 2 milyon 45 min manat proqnoza qarşı 10 milyon 460 min manat vəsait daxil olub.
Məlumata görə, bu, nəzərdə tutulan proqnozdan 8 milyon 415 min manat və ya 5,11 dəfə çoxdur.