Ekspertlər 2018-ci ilin ən yaxşı avtomobillərini elan ediblər

128

“CarsWeek.ru” saytının ekspertləri ötən ilin 5 ən yaxşı avtomobilini seçiblər.

NUHÇIXAN “Arqumentı i faktı” nəşrinə istinadla xəbər verir ki, yeddinci nəsil “Toyota Camry” ən etibarlı avtomobil adlandırılıb.

Ən təhlükəsiz avtomobil “Volvo XC90” krossoveri hesab edilib. Avtomobil fövqəladə hallarda devrilmək ehtimalını azaldan “ağıllı” asma ilə təchiz edilib.

Minibar, massaj, isitmə və havalandırma sisteminə malik yeni nəsil “Mercedes Maybach S600” ən rahat avtomobil sayılıb.

Saatda 420 kilometr məsafə qət edən “Bugatti Chiron” ən sürətli maşın elan edilib. Ötən ilin ən yaxşı elektrik avtomobili isə “Tesla Model S” adlandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: