Karlo Beltrame: "Naxçıvanda "yaşıl enerji"yə keçidlə bağlı işlər görmək olar"

A- A A+

Naxçıvan Muxtar Respublikasında "yaşıl enerji"yə keçidlə bağlı bir sıra işlər görmək olar.

NUHÇIXAN xəbər verir ki, bunu ABŞ-ın "Baker Hughes" şirkətinin Xəzər və Ukrayna üzrə direktoru Karlo Beltrame Bakı Enerji Forumunun II günündə "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları" mövzusunda plenar müzakirələrdə deyib.

O bildirib ki, Azərbaycanın azad olunmuş ərazilərində və Naxçıvanda "yaşıl enerji"yə keçidlə bağlı məsələlər diqqətini çəkib: "Naxçıvanda olmuşam və deyə bilərəm ki, burada geotermal enerjinin əldə edilməsi üçün addımlar atmaq olar. Həmçinin buxardan enerji imkanları da yaratmaq olar. Ümumiyyətlə Naxçıvanda bu istiqamətdə işlər görərək ərazinin enerji resurslarını müəyyən etmək lazımdır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: