Naxçıvanda 4 minə yaxın daşınmaz əmlaka çıxarış verilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 3958 mülkiyyət hüququ qeydiyyata alaraq çıxarışla təmin edib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu göstəricinin 1358-i və yaxud 34,3 faizi ilkin, 2600-ü və yaxud 65,7 faizi isə təkrar qeydiyyatın payına düşüb.

Cari ilin ilk 5 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 1427-si fərdi yaşayış və bağ evi, 701-i mənzil, 1581-i torpaq sahəsi, 65-i qeyri-yaşayış binası, 170-i qeyri-yaşayış sahəsi, 13-ü əmlak kompleksidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: