NUHÇIXAN xəbər verir ki, 2024-cü ilin yanvar - may aylarında Naxçıvan Muxtar Respublikasında 2.926 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 2.790-ı fiziki şəxslər, 136-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 19,1 faiz artıb.
Cari ilin birinci 5 ayında kommersiya qurumlarının 72,3 faizi elektron qaydada, 27,7 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.