Naxçıvan iqtisadiyyatı 2 %-dən çox böyüyüb

A- A A+

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 535 milyon 488 min 900 manat olub.

Bu barədə NUHÇIXAN-a Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 2,2 % çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1,6 % artaraq 1 141,8 manat olub.

Eyni zamanda, bu ilin yanvar-may aylarında muxtar respublikada 212 milyon 239 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 7,2 % üstələyib.

Sənaye məhsulunun 189 milyon 78 min 600 manatı və ya 89,1 %-i malların, 23 milyon 160 min 400 manatı və ya 10,9 %-i isə xidmətlərin payına düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: