Naxçıvanda özəlləşdirmə və icarədən daxilolmalar 5 dəfədən çox artıb

A- A A+

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə və icarə hesabına dövlət büdcəsinə 868,5 min manat vəsait ödəyib.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə çoxdur.

5 aylıq ödənişin 819,5 min manatı və yaxud 94,4 %-i özəlləşdirmədən daxilolmaların, 49 min manatı və yaxud 5,6 %-i isə icarədən daxilolmaların payına düşüb.

Hesabat dövründə bölgədə 55 icarə müqaviləsi bağlanılıb. Bunlardan 6-sı xidmət mərkəzi, 22-si qeyri-yaşayış sahəsi, 27-i isə torpaq sahələri üzrə olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: