Naxçıvanda torpaq sahələri ilə bağlı hərrac keçiriləcək

A- A A+

İyulun 16-ı saat 11:00-da Naxçıvan Muxtar Respublikasında bələdiyyə üzrə torpaq sahəsinin mülkiyyətə, 2 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.

Bu barədə NUHÇIXAN-a Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, hərracı Dövlət Xidmətinin tabeliyindəki Hərracların Təşkili Mərkəzi təşkil edəcək.

Sahibkarlıq fəaliyyəti üçün hərraca çıxarılacaq torpaq sahələrinin ilkin qiymətləri müvafiq ərazilər üzrə torpaq sahələrinin bazar qiyməti nəzərə alınmaqla müəyyən edilib.

Hərracda iştirakla bağlı ərizələr Naxçıvan şəhəri, 8-ci küçə, 1/5A ünvanında Hərracların Təşkili Mərkəzinin Torpaq müsabiqə və hərrac komissiyasında 20 iyun - 12 iyul tarixlərində saat 9:00-dan 18:00-a qədər qəbul ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: