NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu fəaliyyətini mövcud qanunvericiliyə uyğun formalaşdırıb. Fondun nizamnaməsinə müvafiq olaraq Müşahidə Şurası yaradılıb və müvafiq qərarlar qəbul edilib.
Hesabat dövrü ərzində fondun kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilib, hal-hazırda Fondun aktiv portfeli 52,5 milyon manat təşkil edir.
2024-cü il 1 yanvar tarixinə Sahibkarlığın İnkişafı Fonduna öhdəlik üzrə qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 15,5 milyon manat təşkil edib, 2024-cü il 13 iyun tarixinə 9,6 milyon manat və ya 62 faiz azalaraq 5,9 milyon manata endirilib.