Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 526 yeni əmək müqaviləsi bağlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
5 ay ərzində bölgədə 2 926 yeni vergi ödəyicisi qeydiyyata alınıb ki, bu da 1 il əvvələ nisbətən 19,1 % çoxdur.
Hesabat dövründə Naxçıvanda qeydiyyata alınmış aktiv vergi ödəyicilərinin sayı isə illik müqayisədə 25 % artaraq 2 607 olub.