Təcrübəçi tələbələr arasında “Ailənin mühasibi” adlı təlim keçirilib - FOTOLAR

A- A A+

 

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi və 15 iyun “Milli Qurtuluş Günü” münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində istehsalat təcrübəsində olan Naxçıvan Dövlət Universitetinin IV kurs “Mühasibat uçotu” ixtisası üzrə əyani təhsil alan tələbələri üçün maliyyə savadlılığının artırılması məqsədilə “Ailənin mühasibi” adlı təlim keçirilib. Təlimin məqsədi tələbələrin maliyyə savadlılığının artırılmasından ibarətdir.   Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq əlamətdar günlər haqqında məlumat verib, maliyyə savadlılığının maliyyə risk və imkanlarının qiymətləndirilməsi və rasional seçimlər edilməsi baxımından mühüm rol oynadığını bildirib.   Sonra Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin əməkdaşı Emil Tarverdiyev tələbələrə ailə büdcəsinin planlanması, xərclərin idarə olunması, investisiya və yığım, maliyyə azadlığı haqqında slaydlar və əyani vəsaitlərlə geniş məlumat verib. Təlimdən sonra 20 tələbənin iştirakı ilə intellektual yarış keçirilib. Bilik yarışında öz fəallığı və intellektual səviyyəsi ilə seçilən qaliblər qazanılmış xalların cəminə görə müəyyən edilib. İlk beş yerin qalibinə sertifikatlar təqdim olunub.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: