Azərbaycan və Ukrayna enerji sahəsində əməkdaşlığı müzakirə edib

A- A A+

Azərbaycan və Ukrayna enerji sahəsində mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə edib.

NUHÇIXAN-ın Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüşündə aparılıb.

Görüşdə ikitərəfli əməkdaşlığın uğurlu inkişafından, o cümlədən “SOCAR Energy Ukraine” şirkətinin fəaliyyətindən məmnunluq ifadə edilib.

Görüş çərçivəsində həmçinin enerji keçidi, dekarbonizasiya və qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: