Naxçıvanda bu ilin 6 ayı ərzində 102 dövlət əmlakının özəlləşdirilməsi başa çatıb

A- A A+

2024-cü ilin 6 ayı ərzində 102 dövlət əmlakının özəlləşdirilməsi başa çatıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çox olub. Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 911,9 min manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 dəfə çoxdur.

NUHÇIXAN xəbər verir ki, bunu "Naxçıvan Muxtar Respublikasında şəffaf və rəqabətli hərraclar" mövzusundakı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov deyib.   

Həmçinin vurğulanıb ki, bu ilin yanvar-iyun ayları ərzində Naxçıvanda 22 hərrac keçirilib. Həmin hərraclarda 5 qeyri-yaşayış obyektinin, 15 torpaq sahəsinin, 1 nəqliyyat vasitəsinin və 1 faydalı qazıntı yatağının satışı təşkil olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz çoxdur. Qeyd olunan müddət ərzində keçirilən hərraclardan daxil olmuş xidmət haqqı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: