Naxçıvanda yanvar-iyun ayları ərzində 59 yeni icarə müqaviləsi bağlanılıb. Həmin müqavilələrin 30-u qeyri- yaşayış, 29-u isə torpaq torpaq sahələrinə dair olub.
NUHÇIXAN xəbər verir ki, bunu "Naxçıvan Muxtar Respublikasında şəffaf və rəqabətli hərraclar" mövzusundakı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov deyib.
Abbas İsmayılov qeyd edib ki, Dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 137,3 min manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxil- olmalar ötən ilin eyni dövrü ilə müqayisədə 65,8 faiz artıb. Ümumilikdə cari ilin 6 ayında özəlləşdirmədən və icarədən 1,4 milyon manata yaxın vəsait daxil olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.
Nazir müavini bildirib ki, 2024-cü ilin 6 ayı ərzində dövlət xidməti üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən, bələdiyyələrdən, dövlət qurumlarından 2 mindən artıq elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.