Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Hərracların Təşkili Mərkəzinin bu gün keçirdiyi hərracda 12 qeyri-yaşayış sahəsi özəlləşdirilib.
NUHÇIXAN xəbər verir ki, hərraca muxtar respublikanın 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid dövlət mülkiyyətində olan, ümumilikdə 13 qeyri-yaşayış sahəsi çıxarılıb.
Bunlardan isə 12-si özəlləşdirilib.
İyulun 9-da isə dövlət mülkiyyətində olan 11 avtonəqliyyat vasitəsi satılmışdı.
Növbəti hərracda 16-18 iyulda keçiriləcək. Hərraclarda muxtar respublikanın 7 bələdiyyəsi üzrə 8 torpaq sahəsinin, 6 yaşayış məntəqəsi üzrə 13 qeyri-yaşayış sahəsinin özəl mülkiyyətə, 2 torpaq sahəsinin isə icarəyə verilməsi nəzərdə tutulur.