Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır.
NUHÇIXAN-ın KazTAG agentliyinə istinadən verdiyi məlumata görə, saziş yalnız üçtərəfli əməkdaşlıq sahələrini əhatə edəcək, tərəflər arasındakı mövcud ikitərəfli əməkdaşlıq və fəaliyyət müqavilələrinə təsir etməyəcək.
Sənəd bərpaolunan enerji mənbələri, enerji səmərəliliyi, hidrogen, enerji infrastrukturu, həmçinin rəhbər komitə və işçi qrupunun yaradılması kimi məsələləri əhatə edir.