Naxçıvanda Dövlət Proqramı çərçivəsində yerli əhəmiyyətli avtomobil yollarının əsaslı təmiri həyata keçirilir - FOTOLAR

A- A A+

Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda yol infrastrukturunun yenidən qurulması istiqamətində mühüm addımlar atılır. Naxçıvan şəhərindən ən ucqar dağ kəndlərinədək yolların tikintisi, təmiri diqqətdə saxlanılır. Ölkə başçısı cənab  İlham Əliyevin 5 iyun tarixli Sərəncamı  ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair təsdiq edilən Dövlət Proqramı”nda da yerli əhəmiyyətli avtomobil yollarının əsaslı təmiri ön planda dayanıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Dövlət Proqramı çərçivəsində Babək rayon Cəhri qəsəbə daxili avtomobil yollarının yenidən qurulması istiqamətində bir sıra işlər aparılıb ,əsasən 6,3 km məsafədə yol əsası bərkidilib və asfalt-beton örtük salınıb, yolun xətlənməsi aparılıb, yağış və arx sularının kənarlaşdırılması üçün yol kənarlarına 627 m beton su kanalı çəkilib, 88 ədəd metal boru su keçidləri quraşdırılıb. 2023-cü ilin dekabr ayında yolun asfaltlanması işləri yekunlaşıb.

Məlumat üçün qeyd edək ki, Cəhri qəsəbə daxili avtomobil yollarının yenidən qurulması istiqamətində işlərin aparılmasına 2023-cü ilin sentyabr ayında başlanılıb. Babək rayon Gərməçataq kənd daxili avtomobil yollarının yenidən qurulması istiqamətində aparılmış işlərə əsasən 4,9 km məsafədə əsas yolda, 4,2 km köməkçi yollarda yol əsası genişləndirilib, asfalt-beton örtük salınıb, yamaclar kəsilib, yağış və arx sularının kənarlaşdırılması üçün yol kənarlarına 3787 m beton su kanalı çəkilib, 2 ədəd metal boru su keçidi quraşdırılıb, selovda 1 ədəd beton su keçidi inşa olunub, 1 ədəd körpü təmir edilib, 3800 metr metal baryerin quraşdırılıb və işlər yekunlaşdırılmışdır. 2023-cü ilin  dekabr ayında isə yolun asfaltlanması işləri yekunlaşıb. Bundan başqa, Gərməçataq kənd daxili avtomobil yollarının yenidən qurulması istiqamətində işlərin aparılmasına ötən il başlanılıb. Babək rayon Əshabi-kəhf avtomobil yollarının yenidən qurulması üçün 13,9 km yolun köhnə asfalt-beton örtüyü sökülməsi, yol əsasına torpaq və qum-çınqıl materialı verilərək bərkidilməsi, yamaclar kəsilərək yol genişləndirilməsi və profilə salınması istiqamətində işlərə başlanılıb. 10,9 km hissədə torpaq işləri tam başa çatdırılıb.Yekun işlərin ilin sonunadək davam etdirilməsi planlaşdırılır. Həmçinin Dövlət Proqramının icrası istiqamətində Babək rayon Əshabi-kəhf avtomobil yollarının yenidən qurulması istiqamətində işlər aparılıb. Eyni zamanda Culfa rayon Darıdağ Müalicəxanası avtomobil yolunun yenidən qurulması istiqamətində aparılan işlərə əsasən 3,7 km  yolun yol əsası bərkidilib, 2 qat asfalt-beton örtük salınıb,  aşınma qatı Arsenli Su Müalicəxanasının təmiri səbəbilə dayandırılıb. Müalicəxana  üzrə müvafiq işlərlə paralel olaraq yolun təmiri üzrə işlər də yekunlaşdırılacaq.

Qeyd edək ki, Culfa rayon Darıdağ Müalicəxanası avtomobil yolunun yenidən qurulması istiqamətində işlərin aparılması 2023-cü ilin noyabr ayında başlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: