Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 10,3 faiz artaraq cari il iyun ayının 1-nə milli valyuta ekvivalentində 13 milyard 678,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, əmanətlərin 65,3 faizi milli, 34,7 faizi xarici valyutada qoyulub, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,2 faiz artıb.