Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 674 milyon 380 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 1,7 faiz çoxdur.
Naxçıvan MR Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 1,1 faiz artaraq 1 437,6 manat olub.
Həmçinin bu ilin yanvar-iyun aylarında muxtar respublikada 255 milyon 555 min 800 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 3,9 faiz üstələyir. Sənaye məhsulunun 229 milyon 94 min 200 manatı və ya 89,6 faizi malların, 26 milyon 461 min 600 manatı və ya 10,4 faizi isə xidmətlərin payına düşüb.