Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 2024-cü ilin 6 ayında maliyyələşdirilmiş kreditlər sənaye və aqrar sektoru əhatə edib. Vaxtı keçmiş kredit borclarının geri qaytarılması təmin edilib, hesabat dövründə 10,1 mln. manat geri qaytarılıb. Nəticədə, Fondun hesab qalığı 2,4 dəfə artaraq 16,1 mln. manat təşkil edib.
NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 6 ayı ərzində gördüyü işlərə dair hesabatında deyib.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov sahibkarlara çağırış edərək real sektora və Fondun prioritetlərinə aid layihələrin Fondun güzəştli vəsaitləri hesabına maliyyələşmədən yararlanmağa dəvət edib.