Naxçıvanda kommersiya hüquqi şəxslərin 61 %-i elektron qaydada qeydiyyata alınıb

A- A A+

2024-cü ilin yanvar - iyun aylarında Naxçıvan Muxtar Respublikasında 3.567 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Onların 3.404-ü fiziki şəxslər, 163-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 20,6 faiz artıb.

 

Bu ilin 6 ayında yeni qeydiyyatdan keçmiş 163 hüquqi şəxsin 100-ü və ya 61 faizi elektron qaydada uçota alınıb. 2023-cü ildə yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı isə 579 olub ki, bu da 2022-ci illə müqayisədə 8,5 dəfə çoxdur. 2023-cü ildə hüquqi şəxslərin 66 faizi elektron qaydada qeydiyyata alınıb.

NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 6 ayı ərzində gördüyü işlərə dair hesabatında deyib.

O həmçinin qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında 1 iyul 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 48,3 faiz artaraq 18.841, ƏDV ödəyicilərinin sayı isə 66,2 faiz artaraq 630 təşkil edib.

1 iyul 2024-cü il tarixinə qeydiyyatda olan obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 1 yanvar 2023-cü illə müqayisədə 29,9 faiz artaraq 6538-ə çatıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: