NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən kameral yoxlamaların keyfiyyəti əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2024-cü ilin 6 ayında kameral hesablama aparılmış vergi ödəyicilərinin sayı 1024 olub ki, bu da əvvəlki illə müqayisədə 3,4 dəfə çoxdur. Cari ilin eyni dövrü ilə müqayisədə hesablanmış kameral məbləği 3.621 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2,1 dəfə çoxdur.
Həmçinin muxtar respublikada “Əmək münasibələrinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya”nın icrası nəticəsində 1 iyul 2024-cü il tarixə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,8 dəfə və ya 8.647 vahid artaraq 11.706 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 1,8 dəfə və ya 5320 vahid artıb.