NUHÇIXAN xəbər verir ki, 2024-cü ilin 6 ayında qeyri-dövlət sektorunda məcburi dövlət sosial sığorta daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 milyon manat və ya 23,4 faiz artıb.
2022-ci illə müqayisədə 2023-cü ildə qeyri-dövlət sektorunda məcburi dövlət sosial sığorta daxilolmaları 5,2 milyon manat və ya 31,1 faiz artıb.
Eyni zamanda 2022-ci illə müqayisədə 2023-cü ildə səyyar vergi yoxlamalarının sayı 9 dəfəyədək, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 4 dəfədən çox azaldılıb.
2024-cü ilin aprel-iyun ayları ərzində keçirilmiş nəzarət tədbirlərinin sayı aktiv vergi ödəyicilərinin cəmi 0,8 faizini təşkil edib.