NUHÇIXAN xəbər verir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə 2024-cü il üçün müəyyən olunmuş proqnoz 2023-cü illə müqayisədə 17,1 milyon manat və ya 11,6 faiz çoxdur. 2022-ci illə müqayisədə isə 2024-cü ilin proqnozu 51,2 milyon manat və ya 45,3 faiz çoxdur.
Eyni zamanda Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin 1-ci rübündə qeyri-dövlət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərində əməkhaqqı fondu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon manat və ya 11 faiz artıb. 2022-ci illə müqayisədə 2023-cü ildə isə əməkhaqqı fondu 22,6 milyon manat və ya 41 faiz artıq olmuşdur.