NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində ünvan reyestrinin aparılması sahəsində yeniliklərin tətbiqinə başlanıb.
Muxtar Respublikada Ünvan Reyestri İnformasiya Sisteminə qoşulma təmin olunub və ilkin ünvan məlumatları sistemə daxil edilib. 2024-cü ilin ötən dövrü ərzində muxtar respublikada yeni yaranmış 476 daşınmaz əmlak obyektinə ünvan verilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 61,3 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vətəndaş məmnunluğunun təmin edilməsi, xidmətlər üzrə müraciətlərin operativ icrası, çevikliyin artırılması, vətəndaşlarla təmasların minimuma endirilməsi, vaxt itkisinin aradan qaldırılması üçün elektron xidmətlərin əhatə dairəsini genişləndirib.
2024-cü ilin 6 ayında göstərilən xidmətlər üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən Xidmətə 2438 elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaqların uçotunun tam elektronlaşdırılması təmin edilib.
2024-cü ilin birinci yarısında 29 sifariş əsasında 75 müxtəlif məzmunlu xəritə, plan və sxemlər hazırlanaraq sifarişçilərə təhvil verilib. Muxtar respublikanın 157 yaşayış məntəqəsində 204 torpaq sahəsi və 94 qeyri-yaşayış binasının yerləşdiyi ərazilərin geodeziya ölçmələri aparılmaqla yerquruluşu planları hazırlanıb,
Babək rayonunun 5 yaşayış məntəqəsi üzrə yerquruluşu plana alma işləri başa çatdırılıb və rəqəmsal xəritələri tərtib olunub.