BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Fəaliyyət Gündəliyi Təşəbbüsləri açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, fəaliyyət gündəliyi 14 təşəbbüsdən ibarətdir:
"Bu 14 təşəbbüs paketi daha yaşıl dünya üçün həmrəylik içərisində güclü tərəfdaşlıqları, əməkdaşlıq səylərini təşviq edir, investisiyaları təmin edir, dövlət və özəl sektorları hərəkətə keçirir".