“Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi” mövzusunda konfrans keçirilir - YENİLƏNƏCƏK - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi” mövzusunda konfrans keçirilir.
Konfrans iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucaldılan abidəsini ziyarət edib, abidə önünə tər gül dəstəsi düzüblər.
Konfransda Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Osman Xalıyev, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev, qurumların nümayəndələri və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar iştirak edir.
Həmçinin konfransda Naxçıvanın turizm , aqrar, ixrac, nəqliyyat-logistika potensialı və digər mövzular ətrafında müzakirələr aparılacaq. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs ilə “Rabitəbank” ASC ilə əməkdaşlıq müqaviləsinin imzalanması gözlənilir.