2023-cü ilin əvvəlindən bu günə qədər Naxçıvan Muxtar Respublikasında 54 sahibkarlıq subyektinə 3 milyon manatdan çox güzəştli kredit verilib.
NUHÇIXAN xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun idarə Heyətinin sədri Osman Xalıyev bildirib.
O, bu barədə rəhbərlik etdiyi qurumun və yerli İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda kommersiya banklarının nümayəndələrinin iştirakı ilə keçirilmiş, sahibkarların subyektləri üçün güzəştli kreditlərə əlçatanlığın artırılmasına həsr olunmuş konfrans çərçivəsində danışıb. Tədbirdə Fondun iş adamlarına təqdim etdiyi mexanizmlər üzrə geniş təqdimatlar sahibkarların diqqətinə çatdırılıb.
"Fond ötən ilin əvvəlindən Naxçıvanda aktiv şəkildə kreditləşmə həyata keçirir. İndiyə qədər verilmiş kreditlər muxtar respublikada 126 yeni iş yerinin yaradılmasına zəmin yaradıb", - deyə sədr qeyd edib.
"Konfransda qeyd olunduğu kimi, sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maaliyyələşdirilməsi sosial-iqtisadi inkişafın prioritetləri çərçivəsində həyata keçirilir. Və Naxçıvanda, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə ölkənin digər iqtisadi rayonlarından fərqli olaraq xidmət, ictimai-iaşə sektoru prioritet olaraq seçilib. Bu o deməkdir ki, burada prioritetlərin sayı ümumilikdə digər regionlardan çoxdur. Biz Fond olaraq Naxçıvanda bütün kommersiya bankları ilə əməkdaşlıq edirik və həmin bankları sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşməsinə dəstək göstərməyə, aktiv olmağa çağırırıq. Vəsait var, sahibkarlıq subyektlərinin bütün müraciətlərinə operativ, şəffaf qaydada baxacağımıza söz veririk", - deyə O.Xalıyev vurğulayıb.