Naxçıvan yollarında yenidənqurma və təmir-bərpa işləri aparılır - VİDEO

A- A A+

Muxtar respublikada yol infrastrukturunun yenidən qurulması istiqamətində layihələr reallaşdırılır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da yerli əhəmiyyətli avtomobil yollarının əsaslı təmiri ön planda dayanıb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət proqramı çərçivəsində müvafiq avtomobil yollarının tikintisi ilə bağlı ötən dövrdə bir sıra yollarda yenidənqurma və təmir-bərpa işləri görülüb. Babək rayonunun Gərməçataq kənd avtomobil yolu yenidən qurulub, ucqar dağ kəndinə sakinlərin rahat gediş-gəlişi təmin olunub.

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları vidoematerialı təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: