NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin hazırladığı hesabata istinad edərək xəbər verir ki, həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq muxtar respublikada 2018-ci ildə ümumi daxili məhsul istehsalı 2 milyard 773 milyon manatdan artıq olub. Bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə bir il öncəyə nisbətən 1,9 faiz artaraq 6101,3 manata çatıb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,4 faizlə sənaye tutub və maddi istehsalın payı 58,6 faiz təşkil edib.
2017-ci illə müqayisədə 2018-ci ildə sənaye məhsulu 1,3 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatı məhsulu 4,4 faiz, nəqliyyat sektorunda yükdaşınması 1,9 faiz, informasiya və rabitə xidmətləri 3,3 faiz, o cümlədən mobil rabitə xidməti 2 faiz artıb.