Builki BMT-nin Avropa İqtisadi Komissiyasının Dayanıqlı Enerji Həftəsi sentyabrın 16-dan 20-dək Cenevrədə keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə komissiyanın rəsmi saytında bildirilib.
Bu ilki Dayanıqlı Enerji Həftəsi bir sıra tədbirləri əhatə edir, o cümlədən: Ekoloji Cəhətdən Təmiz Elektrik Sistemləri üzrə Ekspertlər Qrupunun 20-ci sessiyası (16-17 sentyabr), Bərpa Olunan Enerji üzrə Ekspertlər Qrupunun 11-ci sessiyası (16-17 sentyabr), Enerji Səmərəliliyi üzrə Ekspertlər Qrupunun 11-ci sessiyası (16-17 sentyabr), Davamlı Enerji Komitəsinin 33-cü sessiyası (18-20 sentyabr).
Dayanıqlı Enerji Həftəsi BMT-nin Avropa İqtisadi Komissiyası regionunda ədalətli enerji keçidi üçün davamlı enerji sistemlərinin qurulmasına diqqət yetirəcək.
Burada məqsədyönlü müzakirələrə, təcrübə mübadiləsinə, ədalətli enerji keçidini sürətləndirmək üçün ölkələrin siyasətlərinə, fəaliyyətlərinə dair tövsiyə və təqdimatların formalaşdırılmasına diqqət yetiriləcək.
BMT-nin Avropa İqtisadi Komissiyası qeyd edib ki, enerji sektoru siyasəti iqlim dəyişikliyi ilə mübarizədə mərkəzi rol oynayacaq.