Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv edilmiş "Naxçıvan Bank" ASC-ni üzv bankların reyestrindən çıxarıb, banka verdiyi şəhadətnaməni ləğv edib.
NUHÇIXAN bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar "Əmanətlərin sığortalanması haqqında" qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq qəbul edilib.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə “Naxçıvan Bank”ın lisenziyası onun öz müraciəti əsasında, “Banklar haqqında” qanunun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq ləğv edilib.