Naxçıvan MR Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Abbas İsmayılovun əmri ilə Vüsal Novruzov Sahibkarlığın İnkişafı Fondu PHŞ-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Vüsal Novruzov uzun müddət bank sektorunda rəhbər vəzifələrdə, o cümlədən 10 ildən artıq “Azər Türk Bank” ASC-nin Naxçıvan filialının müdiri vəzifəsində çalışıb. Həmçinin, özəl sektorda Biznesin İnkişafı üzrə direktor müavini və Naxçıvan Dövlət Universitetində Maliyyə şöbəsinin müdiri vəzifələrində işləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: