Azərbaycan avqustun 6-da Astanada Orta Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında iştirak edəcək.
NUHÇIXAN bu barədə Qazaxıstan Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.
“Görüşdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın energetika nazirləri və Azərbaycanın energetika nazirinin müavininin çıxışları planlaşdırılır”, - məlumatda bildirilib.
İclasa Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev sədrlik edəcək.
Azərbaycan Energetika Nazirliyindən bildirilib ki, görüşdə energetika nazirinin müavini Orxan Zeynalov iştirak edəcək.