NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 7 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi sahəsində işləri davam etdirir. Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 143 dövlət əmlakı özəlləşdirilib.
2024-cü ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 1,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 dəfə çoxdur.