NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 7 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.
Cari ilin yanvar-iyul ayları ərzində ümumilikdə 72 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 38-i qeyri-yaşayış sahələri üzrə, 34-ü isə torpaq sahələrinə dair olub.
Daşınmaz dövlət əmlakının icarəsindən bu ilin 7 ayı ərzində dövlət büdcəsinə 207,8 min manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz artıb.