Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 4 milyon 95 min 400 ton yük, 27 milyon 32 min 100 sərnişin daşınıb.
Bu barədə NUHÇIXAN-a Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1 %, sərnişin daşınması isə 1,3 % artıb.
Həmçinin, bu ilin yanvar-iyul aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 % artaraq 19 milyon 489 min 900 manat olub.