Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

A- A A+

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 439 564 vahid artıb və bu il avqustun 1-nə 1 841 479 olub.

NUHÇIXAN bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 428 791 vahid artaraq 968 713 təşkil edib.

"5 ildən çox bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub", - deyə məlumatda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: